featured-image-44444

Bu gün bütün diqqətlər Azərbaycan Derbisinə – “Neftçi” – “Qarabağ” oyununa yönələcək. Hər nə qədər lider “Qarabağ” ən yaxın izləyicisi “ağ-qaralar”dan 21 xal öndə olsa da, bu komandaların görüşü hər zaman maraqlı və gərgin keçir.

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Ağdam klubu ilə ilk dəfə sınağa çıxacaq. Paytaxt təmsilçisinin heyətində bir neçə futbolçu var ki, onlar da Azərbaycan derbisində debüt edə bilərlər.  Bojoviç şans versə, Brayan Moreno ilk dəfə bu oyunun həyəcanını hiss edəcək.

Hələ ki “Neftçi”də qol hesabını açmayan Alfa Konte də “Qarabağ”a qarşı ilk dəfə oynaya bilər.

“Qarabağ”ın düşərgəsində də bir neçə futbolçu ilk dəfə “Neftçi”yə qarşı oyanamaq şansı əldə edə bilərlər. Hər nə qədər təəccüblü olsa da, onlardan biri Adama Diakabidir. Fransalı futbolçu 2023-cü ilin yanvarından Ağdam komandasının formasını geyinsə də, o, indiyə qədər “Neftçi”yə qarşı çıxış etməyib.

Aleksey İsayev “Sabah”da olarkən dəfələrlə “Neftçi”yə qarşı oynasa da, “Qarabağ” formasında ilk dəfə belə matça çıxacaq. Bugünkü qarşılaşma millimizin üzvünün ilk Azərbaycan Derbisi olmalıdır.

Bənzər xəbərlər