featured-image-81197

“Neftçi”min baş məşqçisi Yuri Vernidub klubun televiziyasına müsahibə verib.

Msport.az xəbər verir ki, ukraynalı mütəxəssis Minsk “Dinamo”suna məğlubiyyətin məsuliyyətini öz üzərinə götürüb:

“Dinamo” məğlubiyyətinin məsuliyyəti mənim üzərimdədir. Bunu deməkdən çəkinmirəm. Niyə belə alındı, bunu demək çətindir. Lakin bu futboldur və düşünürəm ki, nə fiziki, nə də başqa səbəblə bağlı idi. Bu oyunçuların psixoloji və mental hazırlığı ilə bağlı idi. 8-ci dəqiqədə 2:0 öndə olub, sonda 2:4 uduzmağımız mənim üçün gözlənilməz oldu və buna hələ də inana bilmirəm”.

Bənzər xəbərlər