featured-image-48760

Azərbaycan millisinin futbolçusu Mahir Emreli tezliklə Xorvatiyanın “Dinamo” klubundan ayrıla bilər.

Msport.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç Xorvatiya mətbuatına açıqlamasında deyib.

48 yaşlı mütəxəssis hücumçunun başqa təkliflərinin olduğunu bildirib: “Mahir hələlik bizimlədir. Amma təklifi qəbul edə və transfer tezliklə gerçəkləşə bilər. Komandadan ayrılmağa yaxındır. Onunla hansı klubların maraqlandığını hələ bilmirik. Lakin Mahirə bir neçə təklif gəlib. Bu yay “Dinamo”dan ayrılması təəccüblü olmayacaq”.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.

Bənzər xəbərlər