featured-image-67400

“Qarabağ” növbəti transfer həyata keçirib.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb “Dinamo”sundan Semmi Mmaeni heyətinə cəlb edib.

Mərakeş əsilli belçikalı mərkəz müdafiəçisinin bu gün tibbi baxışdan keçəcəyi və onunla müqavilə imzalanacağı bildirilib. 28 yaşlı futbolçunun “Qarabağ”da icarə əsasında çıxış edəcəyi gözlənilir. Müqavilədə satınalma şərtinin olmayacağı da qeyd edilib. Mmaenin “Dinamo” ilə 2028-ci ilin iyununa qədər müqaviləsi var.

Semmi Mmae ilə 2 illik icarə müqaviləsi imzalanıb. O, artıq Bakıdadır.

Qeyd edək ki, Semmi Mmae “Dinamo”ya ötən yay Macarıstan “Ferensvaroş”undan azad agent kimi keçib.

Bənzər xəbərlər