featured-image-47847

Azərbaycanın 4 cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal görüşünə çıxacaq.

Msport.az xəbər verir ki, kişilər arasında 60 kq-da Əhməd Yusifov qazaxıstanlı Yeldos Smetovu, 66 kq-da Kamran Süleymanov isə komanda yoldaşı Ruslan Paşayevi sınağa çəkəcək.

Qadınların mübarizəsində isə 48 kq-da çıxış edən Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə türkiyəli Tuğçe Bederlə yarışacaq.

Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları – Açelya Toprak, Fidan Əlizadə (hər ikisi 57 kiloqram) və Nazir Talıbov (60 kiloqram) isə turniri medalsız başa vurublar.

Qeyd edək ki, mayın 12-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 15 cüdoçu ilə təmsil olunur.

Bənzər xəbərlər