featured-image-959

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.

Msport.az xəbər verir ki, turun son oyununda “Zirə” “Neftçi”nin qonağı olub. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Oyunun sonları dramatik məcrada keçib. “Zirə” matçın 88-ci dəqiqəsində hesabı açıb. Meydan sahibləri isə 90+4-də penaltidən bərabərlik qolunu vurub.

Görüşün baş hakimi İnqilab Məmmədov hər iki komandanın 1 futbolçusuna qırmızı vərəqə göstərib. Bundan başqa, “Zirə”də ehtiyat oyunçular skamyasında yer alan Ağabala Ramazanov da qırmızı vərəqə ilə cəzalandırılıb.

“Neftçi” – “Zirə” – 1:1 

Qol: Ahmed Ayzaya, 88 (0:1), Tiaqo Bezerra, 90+4 -pen.(1:1)

Qırmızı vərəqələr: Coşqun Diniyev, 60 (“Zirə”, ikinci sarı vərəqə), Eddi Esrafilov, 77 (“Neftçi”, ikinci sarı vərəqə)

Bənzər xəbərlər