featured-image-48044

Dünya çempionatında iştirak edəcək cüdo üzrə Azərbaycan millisinin heyəti bəlli olub.

Msport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.

BƏƏ-nin paytaxtı Abu-Dabidə Azərbaycanı 11 cüdoçu təmsil edəcək. Yığmamız yarışa 9 kişi və 2 qadın idmançı ilə yollanacaq.

Asiya ölkəsində tatamı üzərinə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), həmçinin Leyla Əliyeva (48 kq) və Açelya Toprak (57 kq) çıxacaqlar. Yarışda iştirak etməli olan Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) zədə səbəbindən səfərə yollanmayacaqlar.

Komandamız yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət millinin çalışdırıcısı Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Qeyd edək ki, fərdi yarışlar mayın 19-23-də Abu-Dabidəki “Mubadala Arena”da keçiriləcək.

Bənzər xəbərlər