featured-image-55246

Albaniyanın paytaxtı Tiranada keçiriləcək U-23 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub.

Msport.az Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, mundialın ilk günlərində yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.

Heyətdə Rəşad Məmmədov (55 kiloqram), Nihad Quluzadə (60 kiloqram), Ziya Babaşov (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Xasay Həsənli (77 kiloqram), İsmayıl Rzayev (82 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) yer alıblar.

Daha sonra mübarizəyə qadın güləşçiləri qoşulacaqlar. Yığmanın heyətində Elnurə Məmmədova (50 kiloqram), Gültəkin Şirinova (55 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Gülər Həbibova (59 kiloqram) və Ruzanna Məmmədova (62 kiloqram) uğur qazanmağa çalışacaqlar.

Yarışın son günlərində sərbəst güləşçilər qüvvəsini sınayacaqlar. Xalça üzərinə Azərbaycan təmsilçilərindən Vasif Bağırov (57 kiloqram), Ruslan Abdullayev (61 kiloqram), Rəşid Babazadə (65 kiloqram), Maqomed Xanıyev (70 kiloqram), Cəbrail Qadjiyev (74 kiloqram), Əli Tsokayev (79 kiloqram), Arseni Cioyev (86 kiloqram), Əbdülcəlil Şabanov (92 kiloqram), Aslan Abakarov (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) çıxacaqlar.

Qeyd edək ki, 650-dən çox güləşçinin iştirak edəcəyi dünya çempionatı oktyabrın 21-dən 27-dək təşkil olunacaq.

Bənzər xəbərlər