featured-image-17751

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində ötən gecə keçirilmiş Argentina – Meksika matçını 88 966 azarkeş izləyib.

Msport.az xəbər verir ki, bu, son 28 ilin rekordu kimi tarixə düşüb.

Belə ki, bundan öncə ən çox azarkeş toplamış matç 1994-cü ildə keçirilmiş dünya çempionatının finalı olub. Həmin vaxt Braziliya və İtaliya yığmaları arasında baş tutmuş həlledici oyunu 94 194 azarkeş izləyib.

Bənzər xəbərlər