featured-image-71633

“Qarabağ” dünya reytinqində 17 pillə yüksəlib.

Msport.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

192,25 xala malik Azərbaycan çempionu 82-ci pillədən 65-ci yerə yüksəlib. “Sabah” 296-cı pillədən 276-cı, “Zirə” 407-dən 387-ci, “Araz-Naxçıvan” isə 391-dən 390-cı yerə yüksəlib.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.

Bənzər xəbərlər