featured-image-47280

“Səbail” dünən “Sabah”a uduzaraq, avrokuboklara  vəsiqə qazanmaq şansını xeyli çətinə saldı. Oyundan sonra mətbuat konfransında “dənizçilər”in baş məşqçisi Şahin Diniyev bildirib ki, “avrokuboklara getməmək dünyanın sonu deyil”. Bəli, bu, dünyanın sonu olmasa da, Diniyevin “Səbail”dəki sonu ola bilər.

Komanda yaxşı büdcəyə rəğmən, bu il də avrokuboklardan kənarda qalmaq üzrədir. Ötən mövsüm “Səbail” son anda Premyer Liqada qalmağı bacardı. Həmin mövsümü Diniyevdən əvvəlki məşqçinin – Mahmud Qurbanovun adına yazdıq ki, onun buraxdığı səhvlərə görə belə olub. Bəs bu mövsüm?

Diniyev də keçib əcnəbi məşqçilərin metoduna, deyir zamana ehtiyacımız var, 7 ayın komandasıyıq. Yaxşı ona qalanda, “Sumqayıt” neçə ayın komandasıdır? Məgər Samir Abasovun komandası ötən mövsümlə müqayisədə 80-90 faiz dəyişməyib? Sadəcə “Səbail”in baş məşqçisi hiss edir ki, avrokuboklara gedə bilməsələr, çempionat başa çatan kimi ondan izahat tələb olunacaq. Bəlkə hələ istefaya da göndərildi. Buna görə indidən özünü sığortalamaq niyyətindədir, komanda yeni yaranıb, bla-bla, bla…

Hələ ötən il Diniyev “Səbail”ə baş məşqçi təyin olunanda qeyd etmişdik ki, 5 ildən sonra qayıdıb yenidən məşqçi işləmək çox çətindir. Sən daim bu işin içində olmalısan, bütün müasir trendlərdən, məşqçilik sahəsində baş verən yeniliklərdən xəbərdar olmalısan. Beş ildən sonra yenidən gəlib gənc nəsil məşqçilərlə ayaqlaşmaq çox çətindir. Necə ki, Diniyev indi bu çətinliyi hiss edir və bir çox oyunları taktiki baxımdan uduzur.

Bənzər xəbərlər