Əfran İsmayılov "Kəpəz"dən ayrılır? - Özü açıqladı
“Kəpəz”də baş məşqçi Tərlan Əhmədovla yaşadığı insidentdən sonra Bakıya qayıdan Əfran İsmayılov komandadan ayrılmayacaq.
Bu barədə Msport.az saytına 34 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.
O bildirib ki, Gəncə təmsilçisi ilə gələn ilin yayınadək müqaviləsi var: “Kəpəz”lə vidalaşmamışam. Hələ də bu komandanın oyunçusuyam”.
Qeyd edək ki, Tərlan Əhmədovun davranışlarından narazı qalan Əfran İsmayılov onunla mübahisə edib. Daha sonra tərəflər bir-birlərini təhqir ediblər. Baş məşqçi ilə futbolçunu komandanın digər üzvləri çətinliklə sakitləşdiriblər.
Hadisədən sonra düşərgəni tərk edən yarımmüdafiəçi Bakıya gəlib.
Daha əvvəl Əhmədovla Rauf Əliyev də bir-birlərini mətbuat vasitəsi ilə tənqid etmişdilər. Bundan başqa, “Kəpəz”ın çalışdırıcısısnın Əli Səmədovla da münasibətləri korlanmış və onu da əvəzedici heyətə göndərmişdi. Son olaraq isə Elvin Yunuszadə də əsas komandadan uzaqlaşdırılıb.







