Ekvador yığmasında Valensiya şoku
Qətərdəki dünya çempionatının iştirakçılarından olan Ekvador yığması ciddi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, həm bu komandanın, həm də DÇ-2022-nin hazırkı bombardiri Enner Valensiya zədələnib.
33 yaşlı hücumçu qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutan Niderlandla görüşdə (1:1) sıradan çıxıb. O, oyuna davam edə bilməyib və 90-cı dəqiqədə meydanı xərəkdə tərk edib. Valensiyanı Kevin Rodriqes əvəzləyib. Forvardın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Xatırladaq ki, Enner Valensiya 3 qolla dünya çempionatının bombardirləri siyahısında birinci pillədə qərarlaşıb. O, ilk turda Qətərlə görüşdə (2:0) dubl edib və Niderlandla matçda 1 qol vurub.