featured-image-71307

Əliyar Ağayev UEFA Çempionlar Liqasının daha bir oyununa təyinat alıb.

Msport.az xəbər verir ki, həmyerlimiz Liqa mərhələsinin 4-cü turunun “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) matçını idarə edəcək. Ona Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (dördüncü hakim) kömək edəcəklər.

Görüşün  VAR hakimi Rob Diperink, AVAR hakimi isə Yerun Manshot (hər ikisi Niderland) olacaqlar.

Qarşılaşma noyabrın 4-ü, Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

Qeyd edək ki, 3 turdan sonra “Arsenal” 9 xalla 4-cü, “Slaviya” 2 xalla 28-ci yeri tutur.

Bənzər xəbərlər