featured-image-81797

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb.

Msport.az xəbər verir ki, o, Polşada keçiriləcək “Rakuv” – “Hayduk” (Xorvatiya) matçını idarə edəcək.

Ə.Ağyevə laysmanlar Zeynal Zeynalov və Akif Əmirəlli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Oyun avqustun 27-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, “Rakuv”un heyətində millimizin hücumçsu Mahir Emreli çıxış edir.

Bənzər xəbərlər