featured-image-53308

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək.

Msport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

İsveçrənin Cenevrə şəhərindəki tədbir elit kateqoriyalı və 1-ci dərəcəli hakimlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, seminar 2-4 sentyabr aralığında baş tutacaq.

Bənzər xəbərlər