featured-image-44187

Polşanın paytaxtı Varşava şəhərində hakimlər üçün A kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.

Msport.az, imtahanda hakimlər heyətinin üzvü Rəşad Əliyev də iştirak edib.

Ədalət təmsilçiləri nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, fevralın 24-25-də keçirilən cüdo üzrə böyüklər arasında Açıq Avropa turnirində görüşləri idarə edərək praktiki imtahan veriblər.

Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Rəşad Əliyev A kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.

Bənzər xəbərlər