Elxan Məmmədov: "De Byazinin dediyində təhqiredici nə isə görmədik"
Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin futbolçuları barədə dediklərinə AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov reaksiya verib.
Msport.az xəbər verir ki, o, bu barədə Şamaxıdakı oyundan sonra jurnalistlərin sualına cavab verərkən danışıb.
“Təbii ki, baş məşqçi öz fikrini sərbəst ifadə bilər. Çox söhbətlər oldu, amma sonra italyan dilində deyilənlər təkzib edildi. Video yayımlandı, orada təhqiredici nə isə görmədik”, – deyə E. Məmmədov qeyd edib.