featured-image-1107

AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri Elxan Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasına videokonfrans formatında qoşularaq rəhbərlik etdiyi komitənin illik fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.

Msport.az AFFA-nın saytına istinadən xəbər verir ki, məruzədə digər məsələlərlə yanaşı UEFA Avropa Konfrans Liqasında fevralın 24-də “Qarabağ” və  “Marsel”i arasındakı pley-off mərhələsinin cavab oyununda qeydə alınmış feyr play hadisəsi xüsusi olaraq İcraiyyə Komitəsi üzvlərinin diqqətinə çatıdırılıb.

Xatırladaq ki, “Marsel”lə oyunda “Qarabağ”ın qolunu baş hakim qeydə alsa da, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirib və qol ləğv edilib. Bu məsələ UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin martın 14-də keçirilmiş iclasında da müzakirə olunub.

Bənzər xəbərlər