featured-image-54755

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov kapitanlığın özündən alınmasına münasibət bildirib.

Msport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabından paylaşım edib:

“Bildiyiniz kimi, artıq “Neftçi”nin kapitanı deyiləm. Altı il ərzində bu kluba kapitanlıq etmişəm və bununla qürur duyuram.

Bu müddətdə çətin anlar da, sevincli anlar da, kədərli anlar da az deyil. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün əlimdən gələn qədər çalışdım.

Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman dəstək görmüşəm, buna görə də hər birinizə təşəkkür edirəm”.

Komandanın yeni kapitanı Ramil Şeydayevdir. Vitse-kapitanlar isə Robert Bauer və Yuri Matias olub.

Bənzər xəbərlər