featured-image-30466

Emin Mahmudovun Cənubi Koreyanın “Daejon Sitizen” klubu ilə müqavilə bağlaması haqqında xəbərin yayılması sonra isə təkzib olunması dünənin ən çox müzakirə edilən mövzusu idi.

Msport.az-ın əldə etdiyi məlumata görə, “Neftçi”nin kapitanı koreyalılarla danışıq apasa da, hələ rəsmi müqaviləyə imza atmayıb.

Maraq doğuran məsələlərdən biri o idi ki, “ağ-qaralar”ın azarkeşləri liderlərinin ayrılmasına necə reaksiya verəcək. “Neftchi Baku fan page” səhifəsi Eminin “Daejon Sitizen”lə anlaşmasına dair xəbər paylaşıb. Paytaxt klubunun fanatları rəylərdə komandanın liderinə uğurlar arzulayaraq bütün günahların prezident Kamran Quliyevdə və rəhbərlikdə olduğunu yazıbıar. Həmin rəylərdən bəzilərini təqdim edirik:

Elşən Məmmədov: “Yolun açıq olsun. Kamranla Rege ilə işləyib karyeranı çürütməkdənsə, get pulunu qazan, halal xoşun. Sən də artıq gördün ki, Kamran postundan getməyincə klubda gələcəklə bağlı bir işıq olmayacaq. Görək, aidiyyatı şəxslər görəcək bunu”.

Mürsəl Qafarlı: “Çempion heyəti saxlaya bilməyən rəhbərliyin Emini indiyə kimi saxlaması belə möcüzə idi. Uğurlar, Emin!”

Ramiyəddin Daşdəmirov: “Eminin gedişi komanda daxilində problemlərin olmasını göstərir. Donyo və Lavalın oyunlarda tam gücü ilə oynamaması və gedişləri bir siqnal idi. “Neftçi” ortabab komanda yolunda irəliləməkdə davam edəcək”.

Toğrul Həmzə: “Yaxşı eləyib. Bu rəhbərliklə kim işləmirsə, düz edir”.

Tural Abbasov: “Bu rəhbərliklə davam edilsə, hələ çox şey itiriləcək. Komandanın adı qalıb. İrəlidə adını da dəyişməsələr, yaxşıdır. Yolun açıq olsun, kapitan”.

Aydın Baxşıyev: “Bu rəhbərliklə qalmaqdansa, getməsi yaxşıdır. Uğurlar!”

Kamal Səmədzadə: “Düz etdi. Kamran kimi bacarıqsız rəhbərin klubunda qalmağa dəyməz. Uğurlar, Emin!”

 

Bənzər xəbərlər