featured-image-84425
AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Kubokunun II təsnifat mərhələsində baş verən hadisələr müzakirə olunub.
Msport.az xəbər verir ki, “Səbail” – “Zirə” matçınının 80-ci dəqiqəsində “Səbail” komandasının futbolçusu Samuel Nonqoh ikinci sarı vərəqə aldığına görə 1 oyun diskvalifikasiya olunub, komandası isə 150 manat cərimələnib. Qeyd edək ki, bu görüşdə hakim Səbuhi Bayramov “Səbail”in oyunçusuna ikinci sarı vərəqə göstərsə də, onu meydandan uzaqlaşdırmaq yadından çıxıb. Hələ ki referiyə hansı cəzanın veriləcəyi açıqlanmayıb.
27.10.2026-cı il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Səbail”– “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
28.10.2026-cı il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin MOİK – “Şahdağ Qusar” oyununun 73-cü dəqiqəsində MOİK komandasının futbolçusu Zahid Mərdanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyuna buraxılmasın, MOİK 900 manat cərimə edilsin (maddə 45.1);
28.10.2026-cı il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Şəfa” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri”  komandasının həkimi olmadığına görə “Ağstafa Gəncləri” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);
29.10.2026-cı il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Xankəndi” – “Gəncəbasar” oyununda “Xankəndi” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
29.10.2026-cı il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Zəngəzur” – “Karvan-Yevlax” oyunu Təcili Tibbi yardım Avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Zəngəzur” komandası 200 manat cərimə edilsin (maddə 57.2);

Bənzər xəbərlər