featured-image-85228

“Qalatasaray” Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda bu gün “Aston Villa”nı qəbul edəcək.

Msport.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Okan Buruk mətbuat konfransında oyunla bağlı danışıb:

“Biz çox uğurlu komandaya qarşı oynamalı olacağıq. “Aston Villa” son UEFA Avropa Liqasıın qalibidir, həmçinin İngiltərə Premyer Liqasında 4-cü yeri tutublar. Komandaya Avropanın ən uğurlu məşqçilərindən biri – Unai Emeri rəhbərlik edir. Onlar Çempionlar Liqasında artıq 9 xal toplayıblar.

Lakin biz də Çempionlar Liqasında son 2 matçdan qalib ayrılmışıq, ona görə də özümüzə tam əminik. Həm də öz meydanımızda mübarizə aparacağıq. Mən komandama inanıram”.

Bənzər xəbərlər