featured-image-85238

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” bu gün Bakı Olimpiya Stadionunda “Barselona”nı qəbul edəcək.

Çempionlar Liqasının beşqat qalibi olan “Barsa” ilə oyun saat 21:45-də start götürəcək.

Qeyd edək ki, Kataloniya klubunun ulduz futbolçusu Lamin Yamal zədə səbəbindən Bakıya gəlməyib.

“Barselona” hazırda 9 xalla 8-ci, “Sabah” isə 3 xalla 30-cu pillədə qərarlaşıb.

25 noyabr

Çempionlar Liqası
5-ci tur, Liqa mərhələsi

21:45 “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya)

Hakimlər: Nikolas Uolş (Şotlandiya)
Bakı Olimpiya Stadionu.

Bənzər xəbərlər