featured-image-85216

Çempionlar Liqasında Liqa mərhələsinin IV turunda “Vikinq”lə Norveçdəki oyunda birbaşa qırmızı vərəqə alan “Sabah”ın müdafiəçisi Eyden Makkartinin cəzası məlum olub.

Msport.az xəbər verir ki, cənubi afrikalı futbolçu 2 oyunluq diskvalifikasiya olunub.

23 yaşlı oyunçu noyabrın 25-də evdə “Barselona” və dekabrın 8-də səfərdə “Vilyarreal” ilə görüşlərdə komandasına kömək edə bilməyəcək.

Makkarti “Vikinq”lə oyunun 77-ci dəqiqəsində rəqib futbolçunun üzünə zərbə endirdiyi üçün meydandan qovulub.

Bənzər xəbərlər