featured-image-85230

Msport.az xəbər verir ki, qonaqların  baş məşqçisi Hans Flik matçdan öncə jurnalistlərin qarşısına çıxıb.

-“Sabah”ı təhlil etmisiz? Necə komanda gözləyirsiz, hansı detallara xüsusi diqqət yetirmək lazımdır?

-“Sabah” futbol oynamağı sevən komandadır. Onlar konkret çərçivədə oynamağı sevirlər. Hər bir rəqibə hörmətlə yanaşırıq.

-Lamin Yamalı evdə qoymaq qərarına necə gəldiniz? Proses necə baş verdi? Komanda onsuz fərqli olacaq?

-Biz əvvəllər də Yamalsız oynamışıq. Bilirik, nə edəcəyik. O, bizim üçün çox vacib oyunçudur. Dünən səhər yoxladıq və qərara gəldik ki, İspaniyada qalması daha məqəsəduyğundur. Hər şey qaydasındadır. Onsuz oynayacağıq.

-Yamalın əvəzinə kim oynayacaq

-Hələ qərar verməmişik. Proses eynidir. Bu gün məşq edəcəyik. Sabah fərqli gün olacaq. Müəyyən dəyişiklik ola bilər. Çünki 4 həfətədə 9 oyun oynamışıq. Bu ilin sonuna qədər gərgin oyun rejimi olacaq. Digər futbolçuların da oynamaq imkanı ola bilər, bəziləri az, bəziləri çox oynayır.

-Başa düşürük ki, bizim üçün vacib oyundur, 3 xal qazanmalıyıq. Təbii ki, “Sabah” da ilk dəfədir Çempionlar Liqasında oynayır. Onlar gözəl oyun nümayiş etdirməyi sevirlər. “Barselona”, “Mançester Yunayted” kimi komandalara qarşı oyanyırlar, hər oyunçu 100 faiz motivasiya olur. Bizdə də vəziyyət eynidir, oyunçularım sabahkı mata hazırdırlar.

-Sabah” və “Barselona”da oyun stilinə görə oxşar fəlsəfə var. Sabahkı matçdan azarkeşlər nə gözləyə bilərlər?

-Biz bunu öz məşqçilər heyətimizlə təhlil etdik. “Sabah” La Liqanın bir komandasına bərabər komandadır. Gözəl oynayırlar, onları yüksək dəyərləndirirəm. La Liqa komandalarının fəlsəfəsəi gözəldir, bütün komandalar bilir ki, necə futbol oynamaq lazımdır. “Sabah” da bilir ki, necə oynamaq lazımdır. Biz düzgün münasibət göstərəcəyik.

Bənzər xəbərlər