featured-image-85224

Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda “Sabah”la qarşılaşacaq “Barselona” dünən gecə saatlarında Bakıya gəlib.

Msport.az xəbər verir ki, Kataloniya klubunun rəhbər heyəti üçün qaldıqları hoteldə əyləncə məclisi təşkil olunub.

Məclisdə klub üzvləri ilə yanaşı, “Barsa”nın prezidenti Xoan Laporta da iştirak edib.

O, məclisdə həm əylənib, həm də klubun himnini oxuyanlara qoşulub.

Qeyd edək ki, “Sabah” – “Barselona” matçı sabah saat 21:45-də başlayacaq.

 

 

 

Bənzər xəbərlər