featured-image-44640

UEFA Avropa Liqasının sosial şəbəkə hesabları “Qarabağ” – “Bayer” oyunu ilə bağlı paylaşım edib.

Msport.az xəbər verir ki, paylaşımda belə yazılıb:  “UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda cümə axşamı Bakıda görüşəcək”.

Paylaşımda bu mövsüm yerli çempionatlarda  və Avropa Liqasında ümumilikdə son 5 matçda ən yaxşı nəticələr əldə edən klublar göstərilib. 5 oyunun 5-də də qalib gələn Leverkuzen komandası siyahının ilk pilləsindədir. “Qarabağ” 5 oyundan 4 qələbə və 1 məğlubiyyətlə 2-ci sıradadır.

media-195675_0f0dno72an

Bənzər xəbərlər