"Ərzrumspor" Nərimanı təqdim etdi
Azərbaycan millisinin üzvü Nəriman Axundzadə karyerasını Türkiyə Super Liqası təmsilçisi “Ərzurumspor”da davam etdirəcək.
Msport.az xəbər verir ki, Ərzurum təmsilçisi 23 yaşlı futbolçunun transferini açıqlayıb.
Qeyd edək ki, yığmamızın hücumçusu bu ilin fevralında ABŞ-nin “Kolumbus Kru” klubuna transfer olunub. O, MLS təmsilçisinin heyətində fərqlənə bilməyib. Millimizin üzvü Türkiyə klubunda icarə əsasında çıxış edəcək.







