featured-image-71832

Moskva “Dinamo”sunun azərbaycanlı hücumçusu Ülvi Babayev Rusiya millisində oynamaq istədiyini bəyan edib.

Msport.az xəbər verir ki, championat.ru-ya açıqlamasında bu barədə danışıb:

“Yüz faiz əsas məqsədim Rusiya millisinə düşməkdir. Böyük arzum var ki, yığmada olum. Qalır mənə göstərilən şansdan istefadə edib özümü göstərmək”.

Babayev Azərbaycan millisində çıxış edə bilmək ehtimalı ilə bağlı sualı belə cavablandırıb: “Atamın Azərbaycanda anadan olmasına böyük hörmətlə yanaşıram. Ancaq mən Rusiyada anadan olmuşam. Mənə heç kim müraciət etməyib və həmin istiqamətə də baxmamışam. Öz hədəflərim və məqsədim var və bunları Rusiya millisində görürəm”.

Qeyd edək ki, Ülvi Babayev hazırda Rusiyanın U-21 millisinin üzvüdür.

Bənzər xəbərlər