featured-image-670

“Futbolçulara təşəkkür edirəm. Onların sayəsində layiqli və haqq etdiyimiz qələbəni qazandıq”.

Msport.az xəbər verir ki, 21 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi Milan Obradoviç Estoniya üzərində qələbədən (3:0) sonra keçirilən mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis rəqibin oyunlarını analiz etdiklərini söyləyib: “Bugünkü dəstəklərinə görə sumqayıtlı azarkeşlərə təşəkkür edirəm. Onlar bizi çox gözəl dəstəklədilər və lazımi enerjini verdilər.

Estoniyadan bu oyunu gözləyirdik. Bilirdik ki, uzun ötürmələr, standart vəziyyətlər və başla oyuna üstünlük verirlər. Səvr etməli, öz fürsətlərimizi gözləməli və qol vurmalı idik. Fasilədə futbolçulara bu istiqamətdə tapşırıqlar vermişdik. Bu cür futbol oynayan komandalarla oyunlarda rəqibin açılması üçün daha tez qol vurmaq vacib idi. Əsası odur ki, çıxışımızda həyəcan yox idi və rəqibin belə oyununa hazır idik”.

Bənzər xəbərlər