Estoniyalı baş məşqçi: "Azərbaycan millisi layiqli rəqibdir"
Estoniya millisinin baş məşqçisi Yurgen Henn Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur matçından əvvəl mətbuat konfransında iştirak edib.
Msport.az xəbər verir ki, mütəxəssis komandamız haqqında xoş ifadələr işlədib.
Çalışdırıcı Azərbaycan seçməsində sürətli və keyfiyyətli oyunçuların olduğunu bildirib: “Buna diqqət yetirməliyik. Kifayət qədər layiqli rəqibdir. Ötən il Avropa çempionatının seçmə mərhələsində bu komandadan cəmi bir xal ala bilmişdik. Bizi asan görüşün gözlədiyini deyə bilmərik. Amma yaxşı nəticə əldə etməyə çalışacağıq”.
Qeyd edək ki, Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.