featured-image-18308

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında xoşagəlməz hadisə yaşanıb.

Msport.az xəbər verir ki, qalmaqalın səbəbkarı Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto olub.

Hadisə Kamerun millisinin keçmiş hücumçusu stadionun yaxınlığında azarkeşlərlə şəkil çəkdirdiyi vaxt baş verib. Həmin vaxt hər şeyi kameraya çəkən şəxs Etoya nə isə deyib. Elə bundan sonra özündən çıxan Eto həmin şəxsin üstünə hücum çəkib. Əvvəlcə onu itələyən keçmiş futbolçunu ətrafdakılar sakitləşdirməyə çalışsa da, Eto həmin şəxsin üzünə təpik vurmağa da imkan tapıb. Daha sonra Etonun yanındakı şəxslərdən biri zərərçəkmişin kamerasını əlindən alıb.

Hadisə dünya çempionatının 1/8 final mərhələsinin Braziliya – Cənubi Koreya oyunundan (4:1) sonra baş verib.

Bənzər xəbərlər