Evi qarət olunan futbolçu Qətəri tərk etdi
İngiltərə millisinin hücumçusu Rahim Sterlinq DÇ-2022-ni yarımçıq qoyaraq ailəsinin yanına qayıdıb.
Msport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna onun Londondakı evinin qarət edilməsi səbəb olub.
İngiltərə millisinin mətbuat xidməti dünya çempionatının pley-off matçından az öncə 27 yaşlı futbolçunun oyunda iştirak etməyəcəyini bildirib:
“Londondakı evində oğurluğun qurbanı olan Sterlinq İngiltərəyə – ailəsinin yanına qayıtmağa qərar verib. Oğurluq şənbə günü, axşam saatlarında baş verib”.
DÇ-2022-nin 1/8 final mərhələsində İngiltərə Seneqalı məğlub edərək (3:0), 1/4 finala vəsiqə qazana bilib. Onların rəqibi Fransa milli komandası olacaq.