featured-image-44285

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Qurumun mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, iclasda 2024-cü ilin vahid təqvim planında keçirilməsi nəzərdə tutulan yarışların təşkili müzakirə olunub.

Həmçinin struktur qurumların – federasiyaların fəaliyyətinin yüksəldilməsi, vahid diplom, sertifikat layihələrinin təsdiqi, dan kəmər, dərəcə imtahanlarının tələb olunan qaydalarda keçirilməsi, məşqçi-müəllim heyətinin sertifikatlaşdırılmasının davam etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda müzakirələrin nəticəsinə uyğun müvafiq qərarlar qəbul edilib.

Bənzər xəbərlər