“Fənərbağça” Asensionu itirdi
“Fənərbağça”nın heyətində ciddi itki baş verib.
Msport.az xəbər verir ki, İstanbul nəhənginin aparıcı oyunçularından olan Marko Asensio Türkiyə çempionatının 28-ci turunun “Beşiktaş”la matçının 24-cü dəqiqəsindən dizindən zədələnərək meydanı tərk edib.
İspaniyalı futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, “Fənərbağça” Marko Asensionu mövsümün əvvəlində PSJ-dən transfer edib. İspaniya millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.







