“Fənərbağça”nın baş məşqçisi istefa verdi
“Fənərbağça”nın baş məşqçisi İsmayıl Kartal vəzifəsindən istefa verdiyini açıqlayıb.
Msport.az xəbər verir ki, o, qərarını UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra açıqlayıb.
“Vəzifəmdən istefa verirəm. Hələ yolun əvvəlindəykən bu qərarı verirəm. Bir daha heç vaxt geri qayıtmamaq şərti ilə istefa verirəm. 3 aydır buradayam. Mövsümün əvvəlindən bu günə qədər futbolçularımla keçirdiyimiz məşqlər, təlim-məşq toplanışları… Prezidentimiz və rəhbərlərimiz hər məsələdə bizə kömək etməyə çalışdılar. Çox gözəl günlər idi. Bu axşam etibarilə vəzifəmdən ayrılıram”.







