featured-image-46080

Superliqanın XXX turunda “Trabzonspor”la oyunda azarkeşlərlə dalaşan “Fənərbaxça”nın 2 futbolçusu cəzalandırılıb.

Msport.az xəbər verir ki, bunlar Ceyden Ostervolde və İrfan Can Eğribayatdı.

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi onların hər ikisinə 1 matçlıq sanksiya tətbiq edib. “Fənər”in digər üzvü Osayi Samuel isə cəza almayıb.

“Trabzonspor” isə azarkeşlərin meydana daxil olması ucbatından 6 ev matçını azarkeşsiz keçirməli olacaq.

Qeyd edək ki, oyun “Fənərbaxça”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər