featured-image-53957

“Təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Bakıda İsveç yığmasına 1:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının I oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis görüşün ağır keçdiyini söyləyib: “Oyuna yaxşı başladıq. Şansımız oldu, təəssüf ki, alınmadı. Sonra müdafiə sisteminə keçdik. İsveç güclü komandadır. Uşaqlar müdafiədə yaxşı oynadı. İmkan tapanda dərhal hücuma keçirdilər. Təəssüf ki, penaltidən yararlana bilmədik. İkinci hissəyə yaxşı başladıq. Yenə də hücumları uğurlu sonlandıra bilmədik. Komandanın hücum oyunundan kifayət qədər razıyam. Qol vurmağa cəhd edirdilər. Müdafiədən isə 50 faiz razıyıq. Oyunun təşkilində problemlər vardı”.

Mütəxəssis qapıçı Mehdi Cənnətovun çıxışı haqda da fikirlərini bölüşüb: “Qapıçıdan razıyam, bir çox hallarda komandanı qoldan xilas etdi”.

Bənzər xəbərlər