featured-image-18197

Fransa Futbol Federasiyası milli komandanın hücumçusu Kilian Mbappeyə görə cərimələnib.

Msport.az xəbər verir ki, PSJ-nin futbolçusu DÇ-2022-nin qrup mərhələsinin Avstraliya (4:1) və Danimarka (2:1) ilə matçlarında ardıcıl iki dəfə oyunun ən yaxşısı seçilib.

Lakin Mbappe bu münasibətlə müsahibə verməkdən imtina etmişdi. Birinci imtinadan sonra Fransa Futbol Federasiyasına xəbərdarlıq edilsə də, ikinci dəfə qayda pozuntusuna görə 10200 avro cərimə tətbiq edilib.

Qrup mərhələsini lider kimi başa vuran Fransa yığması DÇ-2022-nin pley-off mərhələsində bu gün Polşa millisi ilə qarşılaşır.

Bənzər xəbərlər