featured-image-18275

FİFA Uruqvay millisinin oyunçuları ilə bağlı araşdırmalara başlayıb.

Msport.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qapıçı Fernando Muslera, müdafiəçilər Xose Mariya Ximenes və Dieqo Qodin, həmçinin hücumçu Edinson Kavaniyə intizam işi açılıb. Onlar Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Qanaya 2:0 hesabı ilə qalib gəldikləri matçda baş hakim Daniel Zibertə qarşı kobud və təcavüzkar davranışda ittiham olunurlar. Futbolçular epizodların birində almaniyalı referinin penalti təyin etməməsinə sərt reaksiya veriblər.

Xatırladaq ki, Uruqvay millisi qrupda qalaraq mundialla vidalaşıb.

Bənzər xəbərlər