featured-image-48912

Zirə” finala qədər keçirdiyi bütün oyunlarda qələbə qazanıb.

Msport.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri 5 matçda qalib gəliblər.

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün görüşlərdə qələbə qazanıb. 1993/94 mövsümündə “Kəpəz”, 1994/95 mövsümündə “Neftçi”, 2015/16 mövsümündə “Qarabağ” kuboku qələbə seriyası ilə əldə edib. “Zirə” finalda qalib gəlsə, yalnız üç komandanın bacardığını təkrarlayacaq.

Yarışın tarixində daha üç klub mövsümdəki bütün matçlarını qalib başa vurub. Lakin “Şəmkir” (2001/02), “Qarabağ” və “Qəbələ”nin (hər ikisi 2019/20) uğurlu seriyaya imza atdığı mövsümlər başa çatmayıb.

Bənzər xəbərlər