featured-image-2838

Mayın 7-də keçiriləcək 3-yer uğrunda oyun və final matçı ilə futzal üzrə Yüksək Liqada 2021/22 mövsümünə yekun vurulacaq.

Msport.az xəbər verir ki, əvvəlcə bürünc medalın sahibi müəyyənləşəcək.

Saat 12:00-da “Baku Fire” və “Neftçi” İK komandaları üz-üzə gələcək. Saat 15:00-da keçiriləcək həlledici qarşılaşmada isə “Araz” (Naxçıvan) və EKOL gücünü sınayacaq. Bəs mövsümün son görüşünü kimlər buraxacaq?

EKOL-dan Mehdi Rəsulov, Samir Həmzəyev və Faiq Əliyev hər iki oyunda sarı vərəqə aldığına görə, həlledici matçda iştirak etməyəcək. “Araz”da isə cəzalı olduğuna görə pley-off matçlarında iştirak etməyən Murilo Borges bu dəfə komandasına kömək edə biləcək.

“Neftçi”nin qapıçısı Anar Məmmədov EKOL-la pley-offun ikinci matçında qırmızı vərəqə aldığına görə cəzalı durumdadır.

Bənzər xəbərlər