Fransa - Azərbaycan matçı norveçlilərə tapşırıldı
Azərbaycan milli komandasının oktyabrın 10-da Fransa yığması ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, “Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.
10 oktyabr
Fransa – Azərbaycan
“Park de Prens” stadionu. Saat 22:45
Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff
VAR hakimləri: Tom Harald Hagen, Siqurd Krinqstad (hamısı Norveç)