featured-image-18012

Dünya çempionatının qrup mərhələsinin 3-cü turunun Fransa – Tunis oyunu (0:1) Avropa ölkəsində elə də böyük maraq doğurmayıb.

Msport.az “L` Equipe”ə istinadən xəbər verir ki, matç açıq yayımda TF1 kanalı ilə təqdim olunub.

Görüşü televiziya vasitəsi ilə 8,84 milyon tamaşaçı izləyib. Bu ümumi auditoriyanın 61,7 faizini təşkil edib.

Qeyd edək ki, Fransa millisinin qrup mərhələsində Avstraliya və Danimarla ilə matçları daha çox auditoriya toplayıb.

Noyabrın 22-də keçirilmiş Fransa – Avstraliya qarşılaşmasına (4:1) 12,53 milyon (69 faiz) nəfər baxıb.

Fransa – Danimarka oyunu (2:1) isə 11,59 milyon (62,8 faiz) auditoriya toplayıb.

Bənzər xəbərlər