Fransa yığması bir sol cinah müdafiəçisinin ümidinə qaldı
Fransa milli komandası Avstraliya ilə oyunda (4:1) zədələnən Lyuk Ernandesi əvəzləyə bilməyəcək.
Msport.az xəbər verir ki, iştirak ərizəsində dəyişiklik etmək üçün son müddət bazar ertəsi başa çatıb.
“Bayern Münhen”in futbolçusu isə bundan bir gün sonra Avstraliya ilə qarşılaşmada çarpaz bağlarından zədə alaraq ən azı yarım il sıradan çıxıb.
Beləliklə, Fransa yığmasında bir nominal sol cinah müdafiəçisi qalıb – Lyukun qardaşı Teo Ernandes. Bu mövqedə həmçinin Adrian Rabyo da oynaya bilər.