Fransada Mbappeni oğurlamağı planlaşdıran şəxs həbs olunub
Fransada “Real”ın hücumçusu Kilian Mbappeni oğurlamağa hazırlaşan 18 yaşlı gənc həbs edilib.
Msport.az The Touchline istinadən xəbər verir ki, saxlaılan şəxsin əlbir olduğu adamlar olub və onlar bir sıra tanınmış insanları oğurlamağı planlaşdırıblar.
Fransa millisinin üzvü olan Mbappe 2024-cü ilin avqustundan “Real”da çıxış edir. O, Fransa yığmasının heyətində DÇ-2018-in qalibi olub.







