"Frayburq"la oyuna Bazeldən - "Qarabağ"ın səfər proqramı bəllidir
Avropa Liqasının qrup mərhələsində “Frayburq”la qarşılaşacaq “Qarabağ” sentyabrın 6-da, saat 17:00-da səfərə yola düşəcək.
Msport.az xəbər verir ki, Frayburq şəhərində hava limanı olmadığından Ağdam klubu 5 saatlıq uçuşdan sonra İsveçrənin Bazel şəhərinə eniş edəcək. Oradan isə komanda 60 km məsafədə yerləşən Frayburqa avtobusla yola düşəcək.
Sentyabrın 7-də yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə saat 21:40) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.
“Frayburq”la matç sentyabrın 8-də keçiriləcək. Ağdam klubu Bakıya oyunun ertəsi günü, sentyabrın 9-da qayıdacaq.