Futbolçularımız türkiyəli həmyaşıdlarından üstün oldu
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Msport.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan U-17 rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb.
Millimizin qollarını 81-ci dəqiqədə Ümid Səlimov və 89-cu dəqiqədə Emin Feyzullayev vurub. Bu komandalar arasında növbəti oyun sentyabrın 12-də keçiriləcək.