featured-image-14026

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Msport.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu gün maraqlı oyun gördük. Samir Abasova uğurluar arzu edirəm. Bilirdim ki, çətin oyun olacaq. Turnir cədvəlində hər iki komanda autsayder idi. Amma çox yaxşı oynadıq. Qalib gələ bilərdik. Komandada bir az inamsızlıq var idi. 6 məğlubiyyətdən sonra komandanı toparlamaq çətindir. Bu gün çox güc sərf etdik, topa nəzarət etdik. Oyuna nəzarət edən biz iidk. Futbolçularımızla fəxr edirik ki, qısa vaxt ərzində belə dəyişiklik olub.

Georgi Kantariyanln çəkisi çox deyil. Ən az çəki onda və Nicat Süleymanovdadır. Onda soyuqqanlılıq var. Oyunun ən yaxşılarından biri idi. Hücumların qurulmasında önəmli rol oynadı. Əfran isinmə hərəkətləri zamanı zədələndi. Son anda Tural Rzayev daxil etdik heyətə”.

Bənzər xəbərlər